Rusiyadan Ermənistana gələn 400 TIR sərhəddə qaldı
- 30-01-2021, 11:32
- Dünya
Rusiyadan Ermənistana yük gətirən TIR-lar Gürcüstanla sərhəddə, Şimali Ossetiya ərazisində qalıb. Onlar Gürcüstan ərazisinə buraxılmayıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Tert.am" saytı məlumat yayıb.
Bildirilir ki, yağan güclü qar və yolların buz bağlaması avtomobillərin, eləcə də yük maşınlarının hərəkətini iflic edib. Nəticədə, 400-ə yaxın TIR Ermənistana gedib çata bilməyib.
Gürcüstan hökuməti isə yaranmış vəziyyətin yüklərin Ermənistana buraxılmaması ilə heç bir əlaqəsinin olmadığını dilə gətirib. Qeyd olunub ki, pandemiya səbəbindən Gürcüstanın sərhədləri bağlıdır, amma bunun yük maşınlarının keçidinə heç bir təsiri yoxdur. Yolların buz bağladığına görə, təhlükəli dağ yollarının hərəkətə qapadıldığı əsas gətirilib.
Qeyd olunur ki, Rusiydan gələn ağır tonnajlı yük maşınları artıq 10 gündən artıqdır ki, sərhəddə qalıb.