azadses.az » Cəmiyyət » Azərbaycanın avtomobil yollarında hazırki vəziyyət açıqlanıb

Azərbaycanın avtomobil yollarında hazırki vəziyyət açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında hazırki vəziyyət barədə məlumat yayıb.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, məlumatda ölkənin bir sıra əsas yolları barədə xəbərdarlıqlar qeyd edilib:
S/sYolun adı (istiqamətlə)Mövcud vəziyyəti
1Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədiYolun Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisindən keçən hissələrində gecə saatlarından qar yağır və hal-hazırda yağıntı zəifdir. Səhər saatlarından yolda qar təmizlənmiş, duz və qum səpilmişdir
Siyəzən-Şabran rayonları keçən ərazidə 1-2 dərəcə şaxta, Quba rayonu keçən ərazidə 3-4 dərəcə şaxta var. Nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində növbətçi dəstələr tərəfindən müvafiq işlər həyata keçirilib və hal-hazırda da keçirilməsi davam etdirilir
Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan ərazidə 8-11 sm qar müşahidə olunur. Xınalıq istiqamətində 11 dərəcə şaxta var və bu səbəbdən bu yolun hissələrində güclü buzlaşma müşahidə olunur. Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir. Hal-hazırda zəyif qar yağır. Nəqliyyatın hərəkəti təmini olunub və hal-hazırda bu istiqamətdə işlər davam etdirilir
2Giləzi - XızıGecə saatlarında güclü qar yağmış və şaxta olmuşdur. Hal-hazırda zəif qar yağır, 3-5 dərəcə şaxta izlənilir. Yolda səhər saatlarında qar təmizləmiş duz-qum qarışığı səpilmə işləri həyata keçirilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub. Yolda buzlmaşma yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır
3Bakı - QobustanAbşeron rayonu ərazisinə zəif qar yağır, gecə saatlarında yol qardan təmizlənmiş, qum-duz səpilib. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub
4Qobustan - Şamaxı - MuğanlıMarşrut boyu gecə saatlarında qar yağmış, yol qardan təmizlənmiş, qum-duz səpilib. 2-3 dərəcə şaxta var, yağıntı yoxdur. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yollarda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub
5Muğanlı - Ağsu - YevlaxMuğanlı ərazisində zəif qar yağır, gecə saatlarından başlayaraq Ağsu dolaylarında yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta və duman var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
6Bakı - Ələt - HacıqabulYolun Bakı-Ələt hissəsində zəif çisgin var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub
7Hacıqabul – Ucar – YevlaxYağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır
8Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədiYağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub
9Muğanlı – İsmayıllıZəif qar yağır, yolda qar yoxdur, yolun kənarlarında 30-35 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. 4-5 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilib. Bununla yanaşı kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub
10İsmayıllı - Qəbələ - Oğuz - Şəkiİsmayıllı və Qəbələ rayonları ərazisinə zəif qar yağır, yolda qar yoxdur, 4-5 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Oğuz və Şəki rayonları ərazisində temperatur müsbət olduğundan qar əriyib. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub
11Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədiMarşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub
12Yevlax – Şəki (Göybulaq)Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub
13Gəncə-Daşkəsən-XoşbulaqYağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 15 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub
14Şəmkir - GədəbəyYağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 15-16 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub
15Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədiMarşrut boyu gecə saatlarında sulu qar və qar yağmış, temperatur müsbət olduğundan əriyib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub
16Masallı – YardımlıYardımlı rayonu ərazisində 15 sm qar yağmış, hazırda zəif qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yardımlı rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub
17Lənkəran – LerikLerik rayonu ərazisində 20-25 sm qar yağıb, hazırda yağıntı davam edir. 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub
18Hacıqabul – Bəhramtəpə – HoradizYağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  2. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  3. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  4. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  5. Bakıda yol qəzası olub, xəsarət alan var
  6. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  7. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  8. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  9. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  10. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı