Ermənistanda yüksək vəzifəli məmur həbs olundu
- 29-01-2021, 14:44
- Dünya
Ermənistan İqtisadiyyat Nazirliyinin yüksək rütbəli məmuru həbs olunub.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, nazirliyin lisenziyalaşdırma və icazələr agentliyinin rəhbəri idxal olunan almazların qiymətini rüşvət müqabilində əhəmiyyətli dərəcədə aşağı salan şirkətlərdən birinin gömrük bəyannaməsinə “göz yumub”.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, hüquq-mühafizə orqanları fakturası 148,535 min dollar olan cilalanmış almazların (1.776.84 karat) Birləşmiş Ərəb Əmirliklərindən Ermənistanda fəaliyyət göstərən bir şirkət adına gətirildiyini aşkarlayıb. Beləliklə, malların gömrük dəyəri 72 milyon dram təşkil edib. Lakin mütəxəssislər bu almazların bazar dəyərinin 420 milyon dram (811 min dollar) olduğunu təsbit edib.
Nəticədə dövlət xəzinəsinə böyük miqyasda rüsumlar ödənilməyib.
Dövlət Gəlirləri Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin işçiləri lisenziyalaşdırma və icazə agentliyinin rəhbərinin təsərrüfat subyektlərinə 6 sentyabr 2020-ci il tarixdə müvafiq sənədlərin yoxlanılması və verilməsindən məsul olanlara böyük məbləğ ödədiyini müəyyənləşdirib.
Bunun müqabilində işçilərdən biri almaz idxal bəyannaməsinin yoxlanmasına dair saxta sənəd tərtib edib. Artıq bir qurumun əməkdaşı da etiraf edib.
İstintaq çərçivəsində 10-a yaxın adam Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinə gətirilib.
İstintaq davam edir.