İranda qar uçqununda ölənlərin sayı artdı
- 28-12-2020, 14:25
- Dünya
İranın paytaxtı Tehranın şimalında dağlarda qar uçqunu zamanı azı 12 alpinist ölüb.
Ölkənin xilasetmə xidmətlərinin verdiyi məlumata görə, 25 dekabrda güclü qar fırtınası səbəbindən Kolakçal, Axar və Darabad bölgələrində qar uçqunları baş verib.
27 dekabr axşamı Tehrandakı beynəlxalq Qırmızı Aypara Humanitar Hərəkatı üç gün davam edən axtarış-xilasetmə işlərinin bitdiyini elan edib.
Qeyd olunur ki, 14 nəfər xilas edilib, 12 nəfərin cəsədi tapılıb.Oxu.az