Azərbaycana qar yağdı - VİDEO
- 23-04-2020, 10:47
- Manset
Dağ kəndlərində şaxta qeydə alınıb
Şimal bölgəsi bu gecə yenidən ağ libasını geyib.
Azadsəs-in məlumatına görə, bölgənin Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qar, aran zonalarına isə yağış yağıb.
Qar bölgədə ən çox Qubanın Xınalıq, Qrız və Qusarın Ləzə-Şahdağ ərazilərinə düşüb. Yerli sakinlərdən göndərilən aprel qafı fotoları göz oxşayır. Xınalıqlı müəllim Səxavət Sultanov bu unikal dağ kəndinin yenidən qara bürünməsini göstərən maraqlı fotolar göndərib.
Quba ərazi hidrometrologiya müəssisəsindən verilən məlumata görə, bu gün havanın temperaturu əvvəlki günlə müqayisədə 5-10 dərəcə aşağı düşüb. Xınalığa 5, Qrıza 5, Xaltana 1 sm qar yağıb. Bu kəndlərdə havanın temperaturu da fərqli olub. Xınalıqda -3, Qrızda isə -4 dərəcə şaxta qeydə alınıb. Quba və Xaçmaz şəhərlərində isə yağıntının miqdarı 3,5-5,1 mm arasında olub.
Aprel ayında qarın yağması əsasən bərəkət sayılsa da fəsadıarı da olmamış deyil. Dağ kəndlərində sakunlərin odun və mal-qaranın yem ehtiyatının tükəndiyi şübhəsizdir. Çiçək açmış meyvə ağaclarına şaxta və qarın xeyirdən çox zərəri var. Amma bütün hallarda qar yağışını bolluq rəmzi kimi qiymətləndirənlər də var. Həmişə bolluqda.