Rusiyada gəmi faciəsi yaşanıb.
''Azad Səs'' xəbər verir ki, Barents dənizində balıq ovu ilə məşğul olan “Oneqa” gəmisi batıb. Faciə göyərtədəki 19 nəfərdən 17-nin həyatına son qoyub. Yalnız 2 heyət üzvü hidrokostyum sayəsində sağ qala biliblər.
Hadisənin səbəbləri araşdırılır.Modern.az
Dənizdə FACİƏ: 17 balıqçı öldü
- 28-12-2020, 09:59
- Dünya