Ankaradan Afinaya XƏBƏRDARLIQ: Hərbi təlimlər...
- 27-12-2020, 10:46
- Dünya
Yunanıstan Egey və Aralıq dənizinin şərq hissəsində gərginliyi artıran və təxribat xarakterli addımlar atmaqda davam edir.
''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
“Buna son olaraq Yunanıstanın NOTAM vasitəsilə verdiyi elanı misal göstərmək olar. Afina silahsızlaşdırılmış adalar da daxil olmaqla, 15 təlim sahəsi elan edib. Eyni zamanda, Egey dənizi və Aralıq dənizinin bir hissəsində 2021-ci il 4 yanvar – 26 fevral tarixləri arasında təlimlər keçirəcək. Bütün bunlar bölgədə gərginliyi yaradan və təxribat xarakterli addımlardır. Türkiyə olaraq bir daha Yunanıstanı sağlam düşüncə və mehriban qonşuluq münasibətləri çərçivəsində bölgədə həm sülhün, həm də sabitliyin möhkəmləndirilməsində göstərdiyimiz səylərə töhfə verməyə dəvət edirik”, - XİN rəsmisi bildirib.