SON DƏQİQƏ: Türkiyə ilə Yunanıstan arasında gərginlik
- 25-11-2020, 09:29
- Dünya
Türkiyə XİN-in Mətbuat katibi Hami Aksoy Yunanıstanın Xarici İşlər naziri Nikos Dendiasın sosial mediada ölkəsi haqda qərəzli fiikirlərinə cavab verib.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, H.Aksoy Yunanıstanın Türkiyə ilə bağlı məsələləri diplomatik qaydada həll edilməsində maraqlı olmadığını dilə gətirib. Türkiyənin Şərqi Aralıq dənizi məsələsində avqustdan bu yana sərgilədiyi davranış və yaxşı niyyətinin qarşılıq görmədiyini deyən H.Aksoy, "Yunanıstanın bölgədə maksimalist tələbləri qarşısında ölkəmizin və Kipr türklərinin haqlarını qorumaq üçün göstərdiyimiz qərarlı fəaliyyətin provokativ, qeyri-qanuni adlandırılması dialoqdan qaçmaq üçündür" deyə qeyd edib.
H.Aksoy rəsmi Ankaranın dialoqa hər zaman hazır olduğunu bir daha diqqətə çatdırıb.