Qırğızıstan Prezidenti istefa verdi
- 15-10-2020, 11:27
- Dünya
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov vəzifəsindən istefa verib.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat verib.
Prezident istefasını müxalifət lideri Japarovun Baş Nazir təyin olunmasına baxmayaraq etirazların səngiməməsi ilə əsaslandırıb. O, bu qərarı etirazların daha da şiddətlənməməsi üçün verdiyini bildirib.
“Hakimiyyəti əlimdə saxlamıram. Qırğızıstan tarixində qan tökən və öz vətəndaşlarına atəş açan Prezident kimi qalmaq istəmirəm. Buna görə istefa etmək qərarına gəldim. Japarovu və digər siyasətçiləri tərəfdarlarını ölkənin paytaxtından çəkməyə və Bişkek sakinlərinə dinc həyatı qaytarmağa çağırıram”,- deye Jeenbekov qeyd edib.