Quba dondu - 11 dərəcə şaxta FOTO
- 11-01-2020, 11:16
- Cəmiyyət
Şimal rayonları yenə ağ örpəyə bürünüb
Azərbaycanın Şimal bölgəsi yenidən ağ örpəyə bürünüb. İstiPress-in Şimal bürosunun məlumatına görə, yanvarın 10-dan 11-ə keçən gecə bölgəyə qar yağması ilə yanaşı, şaxtalı hava da qeydə alınıb.
Quba Ərazi Hidrometerologiya Müəssisəsinin məlumatına görə, ən soyuq hava rayonun Qrız kəndində qeydə alınıb - 11,8 dərəcə şaxta. Ən çox qar isə Qusarın Ləzə kəndinə düşüb - 8 sm. Xınalıq və Qrızda qarın hündürülüy 5 sm-ə çatıb. Qar yağışı hazırda da davam edir.
Şaxtalı və qarlı havanın hər hansı fəsad yaratmadığı bildirilir. Quba-Xınalıq, Quba-Qonaqkənd yollarında nəqliyyatın hərəkətində problem qeydə alınmayıb. Beş saylı yol istismar idarəsinin rəisi Gülağa Əliyev dağ yollarında yolun buz bağlamış hissələrinə duz və çınqıl töküldüyünü bildirib.