azadses.az » Siyasət » Deputat: “Erməni terrorundan sonra düşmənin qətlə yetirdiyi Aysunun babası ilə danışdım, dedi ki...”

Deputat: “Erməni terrorundan sonra düşmənin qətlə yetirdiyi Aysunun babası ilə danışdım, dedi ki...”

“Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qətiyyətlə irəliləyir, düşmənə sarsıdıcı zərbələr endirir. Qəhrəman hərbçilərimizin qarşısında duruş gətirə bilməyən Ermənistan hərbi birləşmələri mülki insanları hədəfə alır.
Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi bunu təsdiqləyir. Bu qətliam erməni vəhşiliyinin və barbarlığının növbəti göstəricisidir”.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, döyüş bölgəsindən xeyli uzaqda yerləşən Bərdədə törədilən terror aktı miqyası baxımından çox dəhşətlidir:
“Gündüz saatlarında insanların sıx olduğu şəhərin mərkəzinə qadağan olunmuş ağır silahla hücum etmək bütün bəşəriyyətə və insanlığa qarşı cinayətdir. Ermənilərin bu vəhşi terroru neçə-neçə ailələrin faciəsinə çevrilir, uşaqların arzuları, ümidləri məhv olur. Bu yaşananlar əsl insanlıq dramıdır”.
“Sentyabrın 27-dən etibarən ermənilərin qətlə yetirdiyi məktəblilərin siyahısına təəssüf ki, Aysu İsgəndərovanın da adı əlavə olundu. Hadisə sonra Aysunun babası ilə danışdım. Ağrılı vəziyyətdə olan baba telefonda mənə dedi ki, Vətən sağ olsun, təki torpaqlarımız işğaldan azad olunsun.
Onun bu cavabı,  məncə, törədilən terror aktlarına qarşı millətimizin düşmənə və bu cinayətlərə susan bütün dünyaya verdiyi cavab idi. Bizim xalqımızda olan milli kimlik, milli iradə, milli ruh budur və bu iradəni heç bir qüvvə qıra bilməyəcək.
Günahsız körpələrimizin qanına əli bulaşmış terrorçular bu cinayətlərə görə mütləq cavab verməlidirlər” - deyən, millət vəkili əlavə edib ki, bu qanlı hadisə nəinki Azərbaycan, bütövlükdə bəşəriyyət, sülh, təhlükəsizlik üçün böyük təhdiddir.
Deputat qeyd edib ki, dünya birliyi bu faciəyə ciddi reaksiya verməlidir: “Amma biz görürük ki, nüfuzlu beynəlxalq təşkilatlar, böyük dövlətlər yenə də səssiz qalırlar. Doğrudur, hadisə yerində olan xarici jurnalistlər bu qətliamı öz gözləri ilə görüb təmsil etdikləri kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayırlar.
Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin hadisə yerinə səfəri təşkil olunub. Bütün bunların nəticəsində bəzi ölkələrin və təşkilatların rəsmi nümayəndələri hadisəni pisləyiblər. Hətta ermənipərəst mövqeyi ilə tanınan “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatları da Bərdədə mülki əhaliyə qadağan olunmuş silahlarla hücum edildiyini etiraf etməyə məcbur olub.
Amma bu qətliama görə sadəcə təəssüflənmək kifayət deyil. Bu qanlı hadisəni törədən cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması tələb olunmalıdır. Yalnız pisləmək bizi qane etmir, illərdir belə içiboş açıqlamaları eşidirik. İnsanlığa qarşı hərbi cinayət törədən təcavüzkar Ermənistan dövlətinə qarşı dərhal sanskiyalar tətbiq olunmalıdır. Bunların ancaq belə qarşısını almaq olar”.
Fatma Yıldırım söyləyib ki, bu cür hadisələr insanların, o cümlədən, qəhrəman bərdəlilərin vətənpərvərlik ruhunu sındırmaq iqtidarında deyil:
“Bərdə bizim ən qədim şəhərlərimizdən biridir, İmamzadə torpağıdır. Bu torpaq çox igidlər yetişdirib, çox döyüşlərə şahidlik edib. Canımız vətən üçün fəda olsun deyən mərd, qorxmaz bərdəlilərin əzmini sındıra bilməzlər. Qətliamdan sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, həlak olan günahsız Bərdə sakinlərinin qisası döyüş meydanında alınacaq.
Belə də oldu! Bərdəyə hücum edən düşmənin canlı qüvvəsi və texnikası yerlə-yeksan edildi! Həm düşmən, həm də onların havadarları bilməlidir ki, heç nə və heç kim bizi öz haqq yolumuzdan çəkindirə bilməz. Bizim ədalətli savaşımız Qarabağımız işğaldan tam azad edilənə qədər davam edəcək!”

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?