Главная > Cəmiyyət > Quba dondu - 11 dərəcə şaxta FOTO
Quba dondu - 11 dərəcə şaxta FOTO11-01-2020, 11:16. Разместил: azadses |
Şimal rayonları yenə ağ örpəyə bürünüb Azərbaycanın Şimal bölgəsi yenidən ağ örpəyə bürünüb. İstiPress-in Şimal bürosunun məlumatına görə, yanvarın 10-dan 11-ə keçən gecə bölgəyə qar yağması ilə yanaşı, şaxtalı hava da qeydə alınıb. Quba Ərazi Hidrometerologiya Müəssisəsinin məlumatına görə, ən soyuq hava rayonun Qrız kəndində qeydə alınıb - 11,8 dərəcə şaxta. Ən çox qar isə Qusarın Ləzə kəndinə düşüb - 8 sm. Xınalıq və Qrızda qarın hündürülüy 5 sm-ə çatıb. Qar yağışı hazırda da davam edir. Şaxtalı və qarlı havanın hər hansı fəsad yaratmadığı bildirilir. Quba-Xınalıq, Quba-Qonaqkənd yollarında nəqliyyatın hərəkətində problem qeydə alınmayıb. Beş saylı yol istismar idarəsinin rəisi Gülağa Əliyev dağ yollarında yolun buz bağlamış hissələrinə duz və çınqıl töküldüyünü bildirib. Вернуться назад |