“NewMed” klinikası Orduya belə dəstək oldu
- 21-10-2020, 14:45
- Cəmiyyət
“Turay” MMC-nin nəzdində fəaliyyət göstərən “NewMed” klinikası ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşan Milli Ordumuza dəstək olub. Klinikanın rəhbəri Qardaşxan Süleymanov Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi və keçmiş Qarabağ qazilərinin iştirakilə 8000 min manat civarında tibbi ləvazimat, geyim və digər gündəlik lazım olan əşyaları Ordumuza göndərib. Göndərilən sovqatdan başqa Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 manat vəsait köçürülüb.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, şirkət rəsmisi hər kəsi bu aksiyaya fəal qoşulmağa dəvət edir. Qeyd edək ki, klinkanın baş həkimi Rəşad Məmmədxəlilov və həkim Ramil Abdulov könüllü olaraq cəbhə bölgələrində yaralı əsgərlərimizin xidmətindədirlər.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.