Azərbaycanda ən çox koronavirus aşkarlanan yerin adı AÇIQLANDI
- 16-09-2020, 08:50
- Cəmiyyət
Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
''Azad Səs'' koronavirusinfo.az saytına istinadən xəbər verir ki, Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. İkinci yerdə 15,6 fazilə Abşeron qərarlaşıb. İlk üçlüyü isə 10,4 faizlə Aran qapadır. Növbəti yerlərdə Gəncə-Qazax (6,4), Lənkəran (4,3), Quba-Xaçmaz (2,1),Şəki-Zaqatala (1,8), Dağlıq Şirvan (1,6), Yuxarı Qarabağ (1) qərarlaşıb. Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb - cəmi 0,04 faiz.
Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb - 14,3 faiz. Onu 12,2 faizlə Xətai, 11,8 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,9 faizlə Nəsimi, 8,4 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,6 ilə Qaradağ, 7,1 ilə Nizami, 5 ilə Xəzər, 4,7 ilə Səbail və 0,3 faiz ilə Pirallahı izləyir.