Oqtay Şirəliyevdən QƏRAR
- 14-09-2020, 10:01
- Cəmiyyət
“Etibarlı Kliniki Təcrübə haqqında Təlimat” təsdiqlənib.
''Azad Səs'' Baxar.az-a istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev qərar imzalayıb.
Bu təlimat kliniki sınaqların bütün fazalarının planlaşdırılması və hesabatın tərtibinə dair tələbləri müəyyənləşdirir.
O cümlədən klinik tədqiqatın aparılması üçün tələb olunan sənədləri və Etibarlı Kliniki Təcrübənin prinsiplərini müəyyən edir.
Təlimatdakı prinsiplər həmçinin insan subyektlərinin təhlükəsizliyinə və əmin-amanlığına təsir göstərə bilən digər klinik tədqiqatlara da tətbiq oluna bilər.
Təlimat bu ilin sentyabrın 1-dən qüvvəyə minib. (oxu.az)