Главная > Cəmiyyət > Oqtay Şirəliyevdən QƏRAR

Oqtay Şirəliyevdən QƏRAR


14-09-2020, 10:01. Разместил: azadses

“Etibarlı Kliniki Təcrübə haqqında Təlimat” təsdiqlənib.

 
''Azad Səs'' Baxar.az-a istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev qərar imzalayıb.
 
Bu təlimat kliniki sınaqların bütün fazalarının planlaşdırılması və hesabatın tərtibinə dair tələbləri müəyyənləşdirir.
 
O cümlədən klinik tədqiqatın aparılması üçün tələb olunan sənədləri və Etibarlı Kliniki Təcrübənin prinsiplərini müəyyən edir.
 
Təlimatdakı prinsiplər həmçinin insan subyektlərinin təhlükəsizliyinə və əmin-amanlığına təsir göstərə bilən digər klinik tədqiqatlara da tətbiq oluna bilər.
 
Təlimat bu ilin sentyabrın 1-dən qüvvəyə minib. (oxu.az)

Вернуться назад