azadses.az » Cəmiyyət » Bağçalar açılır - valideynlər nələrə diqqət etməlidirlər?

Bağçalar açılır - valideynlər nələrə diqqət etməlidirlər?

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 15-dən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar BŞİH-nin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.
Bəs valideynlər uşaqları bağçaya göndərərkən nələrə diqqət etməlidirlər?
K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev “Report”a açıqlamasında bildirib ki, bağçalarda uşaqların say məsələsi tənzimlənməlidir. 
O deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara əməl edilməlidir: "Körpələr arasında sosial məsafənin qorunması, əllərinin tez-tez dezinfeksiyaedici məhlularla yuyulması vacibdir. Uşaqları toplu vəziyyətdə bir yerə yığmaq böyük risk təşkil edir. Otaqların dezinfeksiya edilməsi, havasının tez-tez dəyişdirilməsi və uşaqların qidalanmasının qaydalar çərçivəsində olması vacibdir. Bunlara ərazi üzrə Gigiyena və Epidemiologiya mərkəzləri və bağça həkimləri nəzarət etməlidir. Uşaqlara başa salmaq lazımdır ki, bir-birlərinə əl ilə təmas etmək, yaxın məsafədə dayanmaq olmaz. Əlbəttə ki, uşaq bağçalarında yoluxma riskləri var. Buna baxmayaraq qaydalara riayət olunsa, tam sıfırlanmasa da yoluxmanı minumuma endirmək olar”.
Pediatr uşaqların səhər yeməyini evdə yemələrini tövsiyyə edir: “Bəzi valideynlər var ki, uşağı ac-susuz məktəbə-bağçaya göndərir. Uşaqlar səhər yeməklərini evdə yesələ, yemək zamanı olan təmaslar azalar. Məktəbəqədər yaş dövrü uşaqların gigiyena tələblərinə ən pis əməl etdiyi dönəm sayılır. Ona görə də müəllimlər və valideynlər maksimum çalışmalıdır ki, qaydalara əməl etməklə uşaqların yoluxmasının, zərər görməsinin qarşısını alsınlar”.
Təhsil eksperti Elçin Süleymanov isə “Report”a bildirib ki, uşaqlara açıq havada məşğələlərin keçirilməsi məqsədəuyğundur: "Əgər uşaqda qızdırma və ya koronavirusun başqa simptomları olarsa, valideyn həmin gün övladını bağçaya göndərməməlidir. Çünki xəstəlik kiçik yaşlı uşaqlarda daha sürətli yayılır. Bağçalarda uşaqlar qidalanır, əylənir və yatırlar. Bu səbəbdən sosial məsafəni qorumaq çətin olur. Amma yenə də qrup rəhbərləri çalışmalıdır ki, qaydalara əməl etsinlər.
Təbii ki, səhər körpələrin hamısının temperaturu ölçülməlidir. Uşaqlar qrup işlərində tək-tək, aralı oturmalıdırlar. Tez-tez dezinfeksiyaedici vasitələrdən istifadə etməlidirlər. Bəzən valideynlər düşünür ki, həmin vasitələr, spirt uşaqlara ziyanlıdır. Amma son araşdırmalara görə bunun çox ciddi ziyanı yoxdur. Həmçinin valideynlər fikirləşirlər ki, uşaqlar koronavirusu simptomsuz keçirirlər və fəsadı olmur. Lakin virus uşaqlardan da valideynlərə keçə bilər.
Bağça müəllimi özünü narahat hiss edən, simptomları olan uşağı qrupdan ayırmalı və evə göndərməlidir. Bağça müəllimləri məsuliyyət daşıyırlar. Müəllimlər mütləq maksadan istifadə etməlidir. Uşaqların isə maskadan istifadə etməsi çox çətindir. Bu səbəbdən sosial məsafəyə diqqət etmək və tez-tez dezinfeksiyaedici məhsullardan istifadə etmək lazımdır. Hazırda havalar istidir. Qrup rəhbərləri uşaqlara açıq havada məşğələlər keçə bilərlər”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”