Mirsamir Məmmədov: "Abel Məhərrəmov Ramiz Mehdiyevə dediyi tostla Dövlətçiliyimizə və cənab Prezidentə xəyanət edib"
- 25-08-2020, 13:33
- Cəmiyyət
Uzun illər ölkənin bir nömrəli Dövlət Universitetinə rəhbərlik etmiş və Akademik statusunda olan bir şəxsin belə bir siyasi tost deməsi qəti bağışlanacaq hal deyil... Bunu mətbuata açıqlamasında‚ Prezident Adminstrasiyasının keçmiş rəhbəri‚ AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda Abel Məhərrəmovun siyasi tost deməsinə fikir bildirən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. Mirsamir Məmmədov Abel Məhərrəmovun fikirlərini şərh edərək Dövlətçiliyimizə‚ ölkə rəhbərinə xəyanət adlandırıb və siyasi ekspert M. Məmmədov Abel Məhərrəmovun ciddi cəzalandırılmasını məqbul hesab edərək bildirib ki‚ Dövlətçilik‚ vətən və Dövlət maraqlarının qorunması mövqeyindən fikrimi bildirirəm: Abel Məhərrəmovun cəzası hələ qalıb!!! Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyunda dediyi tostla Dövlətin qanunla qorunan maraqlarına‚ xalqımızın Ümummilli Lideri‚ Ulu Öndər Heydər Əliyevə‚ möhtərəm cənab Prezidentə‚ ümumiyyətlə bütün Dövlətçiliyimizə xəyanət edib. Bu səbəbdən də‚ Abel Məhərrəmova verilən Akademik statusu geri alınmalıdır. O‚ avqustun 18-də keçirilmiş toy məclisində kameralar önündə‚ ictimai qaydada bildirir ki: "RAMİZ MÜƏLLİM BİZ KİÇİK ADAMLARIQ VƏ BU UĞURLARIN HƏYATA KEÇMƏSİNƏ SİZ RƏHBƏRLİK ETMİSİNİZ. VƏ BÜTÜN XALQIMIZ‚ BÜTÜN MİLLƏTİMİZ SİZİ QİYMƏTLƏNDİRİR!" Bu açıqlama isə o deməkdir ki: "YƏNİ ÖLKƏDƏ HƏR ŞEY SİZİN XİDMƏTİNİZRİR" Abel Məhərrəmova xalqın adından kiməsə mədhiyyə oxumaq səlahiyyətini kim verib?? Maraqlıdır‚ xalqımız və millətimiz Ramiz Mehdiyevin hansı xüsusi xidmətini qiymətləndirir???!!!!! Saxtakarlığa‚ yalana və riyakarlığa baxın ki‚ Abel Məhərrəmov 20 il Bakı Dövlət Universitetinə rəhbərlik edib‚ Bakı Dövlət Universiteti isə hüquqşünaslar yetişdirib‚ elm adamları yetişdirib‚ amma Abel Məhərrəmov bu günə qədər bilməyib və anlamayıb ki‚ bu Dövləti Heydər Əliyev qurub ərsəyə gətirib‚ bu ölkəni və bu xalqı 1990-cı illərin məşəqqətlərindən‚ müsibətlərindən‚ fəlakətlərdən Heydər Əliyev xilas edib. Bu gün bütün varlığımızı‚ Dövlət və ölkə olaraq mövcudluğumuzu‚ suverenliyimizi və təhlükəsiz həyatımızı Ümummilli Lider Heydər Əliyevə borcluyuq. Məhz Ulu Öndər Heydər Əliyevdən sonra bu müqəddəs amalı öz çiyinlərinə götürən möhtərəm cənab Prezidentə borcluyuq‚ Dövlətimizə borcluyuq‚ son illər ölkənin daha sürətli inkişafını‚ ölkənin əmin amanlığını cənab Prezidentlə birgə ölkənin Birinci Vitse-Prezirenti Mehriban xanım Əliyevaya borcluyuq. Ölkənin yüksək inkişafını məhz cənab Prezidentin və hörmətli Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın əzmkarlığına və gecə gündüz ölkə üçün‚ xalq üçün yüksək səy göstərərək parlaq çalışmalarına və yüksək xidmətlərinə borcluyuq. Təkcə Mehriban xanım Əliyevanın yüksək diplomatik fəaliyyətlərinin‚ Leyla xanım Əliyevanın ölkə daxilində və xaricində fəal və vətənpərvər gənclərlə həyata keçirtdiyi misilsiz fəaliyyətlərinin yanında Ramiz Mehdiyev və digərləri hansı işi edib və Prezident ailəsinin ölkə üçün etdiyi hansı xidmətlərlə müqayisə oluna bilər Ramiz Mehdiyevin bu 25 illik fəaliyyəti?? Ramiz Mehdiyevin övladlarının və nəvələrinin hansı biri Leyla Əliyevanın ölkənin inkişafı yönündə gecə gündüz etdiyi xidmətlərin‚ keçirtdiyi tədbirlərin‚ həyata keçirtdiyi uğurlu layiləhərin‚ İDEA İctimai Birliyinin insanların rifahı yönündə həyata keçirtdiyi layihələrin‚ ölkə xaricində Azərbaycan həqiqətlərinin‚ erməni vəhşiliklərinin‚ Xocalı soyqırımının və reallığının mahiyyətinin bütün dünyaya çatdırılmasından tutmuş‚ erməni vandalizminə və erməni hərbi cinayətlərinə‚ erməni terroruna hüquqi qiymətlərin verilməsində və Xocalı Soyqırımının tanınmasında gördüyü əməli işlərin və etdiyi xidmətlərin hansı misli qədər Ramiz Mehdiyevin və onun ailə üzvlərinin‚ övladlarının və nəvələrinin hər hansısa bir addımı var??? Məhz Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən Xaricdə Azərbaycanlı fəal tələbələrə edilən yardımlar birbaşa ölkəmizin güclənməsinə‚ Azərbaycanın inkişafına‚ Dövlətçiliyimizin möhkəmlənməsinə‚ Dövlətimizin suverenliyinin və gələcəkdə Təhlükəsizliyinin qorunmasına xidmət edən ideoloji addımlardır. Heydər Əliyev Fondu və onun rəhbərliyinin‚ hörmətli Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsləri ilə daim yardıma ehtiyacı olan hər kəsə kömək edilir‚ xəstə yatağında olanlar müalicə və əməliyyat edilir‚ ağır ankoloji xəstələrin ölkə daxilində və ölkə xaricində olan xərcləri ödənilir və müalicə olunaraq həyata qaytarılır. Bütün dünya iqtisadiyyatını ağır böhrana salmış və iqtisadiyyatı çökürtmüş "COVİD-19" Pandemiyası dövründə də Heydər Əliyev Fondu və Mehriban xanım Əliyeva insanların yanında oldu‚ bütün ölkənin aztəminatlı ailələrini əhatə edən geniş yardımlar edildi. Hətta şəhər və rayon icra hakimiyyətləri də Heydər Əliyev Fondunun və Mehriban xanım Əliyevanın insanlara yardım təşəbbüslərinə cəlb edildilər. ASAN Könüllüləri evləri bir-biri dolaşaraq insanlara yardım apardılar. Ən əsası isə Dövlətimizin başçısı ölkəmizin və xalqımızın bütün dünyanı bürümüş Koronavirus təhlükəsindən xilas etmək üçün gecə-gündüz məqsədyönlü işlər aparıb və ölkəmizi‚ xalqımızı təhlükədən qoruyub. Müstəqillik illərində ölkəyə rəsmən 235 milyard dollar xarici investisiya yatırılıb. Bu statistik rəqəmin 93 faizi son 17 ilə‚ yəni möhtərəm cənab İlham Əliyevin prezidentlik dövrünə aiddir. Məhz cənab İlham Əliyevin zəngin diplomatik bacarığı sayəsində ölkəyə bu qədər böyük kapital axını olub. Bu isə‚ son 17 ildə böyük iş yerlərinin açılması‚ işsizliyin minimuma endirilməsi‚ insanların maddi rifahının yaxşılaşdırılması‚ xalqımızın güzəranının müsbətə doğru irəliləməsi və əmin-amanlığın bərqərar olması yönündə böyük töhvə deməkdir. Abel Məhərrəmovun Ramiz Mehdiyevi bu qədər yüksəldərək heçbir məntiqə və reallığa sığmayacaq şəkildə mədh etməsi cənab Prezidentin xidmətlərinə kölgə salmaqdır və Dövlətçiliyimizə‚ xalqımızın milli maraqlarına xəyanət deməkdir. Abel Məhərrəmovdan soruşmaq lazımdır ki‚ Ramiz Mehdiyev bu ölkə və bu Dövlət üçün nə edib? Göstərə bilərmi?? Bu ölkəni Heydər Əliyev qurub yaradıb‚ Ramiz Mehdiyev məhz Ümummilli Lider Heydər Əliyevin təyin etdiyi adi bir inzibati işçi olub‚ bu ölkə Heydər Əliyev dühası ilə‚ ali qanunlarla idarə olunur və xalqımız da bundan çox razıdır. Ulu Öndər Heydər Əliyevdən sonra ölkəmizin inkişafa aparan və Dövlətimizi bütün dünyada söz sahibi edən bir ölkə olaraq gücləndirən yeganə şəxs məhz möhtərəm cənab İlham Əliyevdir. Xalqımız da birmənalı olaraq yalnız cənab Prezidenti‚ ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanı dəstəkləyir və onların xidmətini ən ali səviyyədə xalqımız və böyük millətimiz qiymətləndirir. İndi Abel Məhərrəmovdan soruşmaq lazımdır ki‚ Ramiz Mehdiyevi hansı xalq və hansı millət dəstəkləyir?? Abel Məhərrəmov çox müəmmalı və qaranlıq danışıb. Reallıqdan uzaq‚ ikiüzlü‚ saxta və riyakar mövqe tutub və Ramiz Mehdiyevə ictimaiyyət içində heç vaxt aid olmadığı bir ünvanla xitab edib və ona bu cür mənəvi dəyərlərimizə haqarət edəcək şəkildə tost deyib. Abel Məhərrəmov etdiyi bu hərəkətə görə dərhal cəzalandırılmalıdır. Onun Akademik statusu ondan dərhal geri alınmalıdır. Abel Məhərrəmova kim icazə verib ki‚ xalqın adından danışır??? Hansı xalqın və hansı millətin adından danışıb?? Abel Məhərrəmov və Ramiz Mehdiyev Dövlətə meydan oxuyurlar?? Abel Məhərrəmov bu çıxışı ilə xalqımızı təhqir edib. Maraqlıdır ki‚ bu şəxslər nəyə və kimə güvənib xalqın adından danışırlar və də Dövlətə və Qanunlarımıza meydan oxuyurlar?? Xalqımız lazım olan reaksiyanı ifadə etdi. Abel Məhərrəmovlara və Ramiz Mehdiyevlərə xalqımız və ictimaiyyət tərəfindən cavab çox ləngimədi. Lazımı reaksiya özünü göstərdi. Belə olan halda Abel Məhərrəmov xüsusi tənbeh qaydasında məhz ictimai qaydada cəzalandırılmalıdır və Akademik statusundan dərhal məhrum edilməlidir. Dövlətin rəsmi qanunlarına məhəl qoymayaraq hansısa qanuna zidd məclisdə iştirak edən və orada xalqın əsəblərinə toxunacaq bir mədhiyyə qəzəli oxuyan bir şəxs əsla Akademik düşüncəyə sahib ola bilməz və Akademik elmi düşüncədən məhrum biridir. Bu səbəbdən Abel Məhərrəmovun Akademik statusu ondan dərhal alınmalıdır. O tostun sahibi və də Azərbaycan Dövlət Televiziyası AzTV-nin ifadə etdiyi kimi‚ xaricdə şərab biznesi ilə məşğul olan biri Akademik ola bilməz. Abel Məhərrəmov özü də bilmədən və fikrinin mahiyyətini dərk etmədən özünü inkar edib‚ kiçik biri oldiğunu ifadə edib. Çünki Akademik deyil. Əgər Akademik olsa o məclisdə iştirak edəcək qədər Dövlətin rəhbərinin ali siyasətinə‚ Dövlətin milli və təhlükəsizlik maraqlarına‚ Dövlətin ali qanunlarına xəyanət etməzdi və qanunları tapdalamazdı. Ən əsası isə xalqın əsəblərinə toxunacaq şəkildə Ramiz Mehdiyevi xalqın adından tərifləməzdi. Abel Məhərrəmov bağışlanmaz günah edib.. Kimliyindən‚ statusundan və tutduğu vəzifəsindən asılı olmayaraq Ulu Öndər Heydər Əliyevin siyasi kursuna‚ dahi liderin Dövlətçilik və Azərbaycançılıq ideyalarına‚ möhtərəm cənab Prezidentin praqmatik siyasətinə‚ Dövlətin ali qanunlarına qarşı çıxan hər kəs xaindir‚ xəyanətkardır və ən ağır şəkildə cəzalandırılmalıdır və mütləq də ki‚ cəzalanacaqlar. Hər kəs üçün yalnız bir amal olmalıdır‚ yalnız Dövlətçilik‚ vətən və Dövlət maraqlarının təmin olunması‚ Qanunçuluğun ən yüksək səviyyədə qorunması və qanunlara əməl edilməsidir. Dövlətin qanunlarına qarşı çıxmaq isə birbaşa Dövlətçiliyə qarşı çıxmaqdır. Dövlətçiliyi qorumağın prinsiplərini xalqımızın Ümummilli Lideri‚ Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib‚ bu gün isə Ulu Öndərin layiqli davamçısı möhtərəm cənab İlham Əliyev tərəfindən isə uğurla davam etdirilir. Azərbaycanın bütün inkişafı və Dövlətçiliyin qorunması‚ xalqımızın və ölkənin təhlükəsizliyinin‚ əmin-amanlığının təmin edilməsi isə cənab Prezidentin ətrafında sıx birləşib Dövlət maraqlarını icra etməkdir. Bu‚ bizim hər birimizin vətən üçün‚ xalq üçün və Dövlət və Dövlətçilik üçün borcumuzdur. Dövləti və Dövlətçiliyi qorumaq isə hər kəsin və hər bir vətəndaşın borcudur. Yaşasın Dövlətçiliyimiz. AMİN