Bakıda yol dairəsi ləğv edildi - FOTO
- 21-08-2020, 11:10
- Cəmiyyət
Bakının Nərimanov rayonu Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib.
Bakı Nəqliyyat Agentliyindən Oxu.Az-a verilən məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi (Çermet körpüsünün alt hissəsi) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən təhlil edilərək yenidən layihələndirilib:
“Layihəyə əsasən, kəsişmədə yerləşən dairə ləğv edilib, nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə tənzimləndirilib, körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib və ərazidə müvafiq yol nişanları quraşdırılıb”.