Sürücülərə XƏBƏRDARLIQ - Bu yolda cərimələnə bilərsiz - VİDEO
- 13-08-2020, 08:44
- Cəmiyyət
Bakıda iki küçədə hərəkətin istiqamətində dəyişiklik edilib.
Azad Səs Xəzər TV-yə istinadən xəbər verir ki, Sabit Orucov və Mehdi Mehdizadə küçələri əsaslı təmir edildikdən sonra hər iki küçədə hərəkət birtərəfli olub.
Yolda bütün nişanların qoyulmasına baxmayaraq hələ də qaydalara əməl etməyən sürücülər var. Belə sürücülər də ərazidə xidmət aparan yol polisləri tərəfində cərimə edilirlər.
İndi ki, Mehdi Mehizadə küçəsi ilə hərəkət edən sürücülər Yusif Səfərov küçəsinədən keçməklə ordan birbaşa 28 may küçəsinə daxil ola biləcəklər.
Qeyd edək ki, 28 may metrostansiyasından gələn sürücülər də Sabit Orucov küçəsinə daxil olamaqla üzü Nobel prospektinə doğru hərəkət edə bilərlər.Atıq yolda işlərin 90 faizi yekunlaşıb və hər iki küçədə Bakı Nəqliyyat Agentliyi tərəfindən bütün yol nişanları quraşıdırılıb.
Hətta küçə boyu kəsişmələrdə də qadağanedici nişanlar qoyulub ki,sürücülər daha aydın görsünlər. Amma hər iki küçədə hərəkət birtərəfli olsa da bəzi sürücülər yenə həmin istiqamətdə hərəkət edirlər. Ərazidə xidmət aparan yol polisləri belə sürücüləri cərimələyir.
Hər iki küçədə hazırda son tamamlanma işləri görülür. Yol cizgi xətləri çəklib və hazırda səki daşları vurulur.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə rəisi Vaqif Əsədov deyir ki, işlər tam yekunlaşdıqdan sonra Yusif Səfərovla, Sabit Orucov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində işıqforlar da quraşdırılacaq.