Biləsuvarda ümumi məhsul istehsalı artıb
- 6-09-2024, 16:19
- Cəmiyyət
Ötən illə müqayisədə Biləsuvar rayonunda ümumi məhsul istehsalında artım olub.
“Report”un Muğan bürosu xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 241 307,0 min manatlıq məhsul istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisəli qiymətlərlə 3,2 faiz çox ümumi məhsul istehsal edilib.
Ümumi məhsulun 47,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 24,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 22,0 faizi sənaye, 4,5 faizi tikinti, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,3 faizi informasiya və rabitə sahələrində istehsal olunub.