Putinlə Lukaşenkonun danışıqları zamanı işıq sönüb
- 7-12-2019, 17:22
- Siyasət
Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı işıq qəfildən sönüb.
Azadsəs-in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumatına görə, elektrik enerjisinin kəsilməsi iki liderin giriş nitqi bitən ana təsadüf edib.
"Elektrik bitdi”, - deyə V. Putin zarafat edib.
Lukaşenko isə zarafatla “Bunun hamısı Dima Peskovun (Rusiya liderinin mətbuat katibi) işidir, mən bilirəm”, - söyləyib.
Nümayəndə heyətləri gülüşüb və danışıqları davam etdirib.
Qeyd edək ki, Rusiya və Belarus prezidentləri iki ölkə arasında İttifaq Dövlətinin yaranmasının 20 illiyi ərəfəsində Soçidə görüşürlər.