“Telegram” bəzi istifadəçilərə ödəniş etməyə başlayacaq
- 1-03-2024, 12:16
- Cəmiyyət
Bu gündən etibarən “Telegram” kanallarının müəllifləri reklam gəlirlərinin yarısını almağa başlayacaqlar.
Bu barədə mesencerin təsisçisi Pavel Durov şəxsi bloqunda danışıb.
Onun sözlərinə görə, ödənişlər TON blokçeyni və “toncoin” kriptovalyutası vasitəsilə həyata keçiriləcək.
“Mart ayında “Telegram” reklam platforması 100-ə yaxın yeni ölkədə rəsmi olaraq bütün reklamçılar üçün açılacaq. Bu ölkələrdəki kanal sahibləri “Telegram”ın öz kanallarında reklam göstərməkdən əldə etdiyi istənilən gəlirin 50%-ni almağa başlayacaqlar”, - deyə Durov yazıb.
Bildirilir ki, kanal sahibləri bu pulla nə edəcəyini özləri seçəcəklər - onu nağdlaşdırmaq da olacaq, kanalları tanıtmaq və modernləşdirmək üçün yenidən investisiya etmək də.
Qeyd edək ki, “Telegram” kanallarının aylıq trafiki 1 trilyon baxış təşkil edir.