Azərbaycanda elektrik qurğularının istismarı ilə bağlı tələb dəyişir
- 26-12-2023, 13:54
- Cəmiyyət
Gələn il yanvarın 1-dən Azərbaycanda gücü 200 kVt-dan çox olan elektrik qurğularının istismarı “Elektroenergetika haqqında” qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək.
“Report” xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış, “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə isə, gücü 150 kVt-dan çox olan elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilər.