Məcnun Məmmədov: "Bu il Qarabağda əsasən dəmyə əkinləri həyata keçirilib"
- 23-10-2023, 17:00
- Cəmiyyət
Bu il quraqlıq olduğu üçün Qarabağ bölgəsində ilkin əkinlər əsasən dəmyə əkinləri olub.
Bunu “Report”a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
"Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni su hövzələrinin inşası üzərində iş gedir. "Sərsəng" su anbarından istifadənin layihəsi üzərində işlənilir. Bu anbardan bu günə qədər istifadə edilməyib. Obyekt Tərtər, Ağcəbədi və Bərdə rayonlarında əkin sahələrinin suvarılmasına dəstək olacaq”,- deyə o əlavə edib.
Xatırladaq ki, işğaldan azad edimiş ərazilərdə 6 su anbarı (Sərsəng, Suqovuşan, Xaçınçay, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay) var. Əlavə olaraq 3 su anbarının (Zabuxçay, Həkəriçay, Bərgüşadçay su anbarı) tikintisi nəzərdə tutulub.