Rəhman Hümmətov: "Regional hava limanlarının inkişafı ilə bağlı hazırda işlər aparılır"
- 18-10-2023, 15:30
- Cəmiyyət
Azərbaycanın regionlarında fəaliyyət göstərən hava limanlarının inkişafı ilə bağlı hazırda işlər aparılır.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
"Biz bir-bir bütün böyük aviaşirkətlərə dəvət göndərdik. İstər Qəbələ Hava Limanı, istərsə də Zəngilan Hava Limanı olsun. Biz gözləmirik ki, hansısa şirkət gəlsin, özümüz birbaşa onlarla danışıqlara başlayırıq ki, onlara şərait yaradılsın və uçuşlar aparsınlar", - nazir müavini deyib.
Xarici aviaşirkətlərin marağının olmamasına gəlincə, R.Hümmətov bildirib, ki, bu, ilk növbədə turist axını ilə bağlıdır: "Dünyada bütün hava yolları şirkətləri, eyni zamanda AZAL yeni reys açmamışdan qabaq xüsusi bir sistem vasitəsilə iki nöqtə arasında sərnişin axınına baxır. Əgər bu, yoxdursa heç bir halda ora təyyarə uçuşlarının olması sərfəli deyil. Təbii ki, bunun digər səbəbi ölkələrin viza rejimi ilə bağlıdır. Vizasız gediş-gəliş varsa sərnişin artımı da çox olur, bu da öz növbəsində qiymətlərə təsir edir.
Bu gün biz xarici aviaşirkətləri, o cümlədən loukosterləri Azərbaycana dəvət edirik, Azərbaycan vətəndaşları üçün ən azından müxtəlif seçimlər olmalıdır. Həm qiymət, həm də xidmət səviyyəsi baxımından", - deyə R.Hümmətov qeyd edib.