Aqrar Subsidiya Şurası gələn il üçün subsidiya əmsallarını açıqlayıb
- 6-09-2023, 21:10
- Cəmiyyət
Aqrar Subsidiya Şurası 2024-cü il üçün subsidiya əmsallarını açıqlayıb.
"Report" bu barədə Kənd Təsərüffatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Aqrar Subsidiya Şurası Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2024-cü il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2024-cü ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:
Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltiyin əsas əkinlərinə görə əkin subsidiyası 360 manatdan 380 manata, yoncaya görə 50 manatdan 70 manata, giləmeyvələrə (2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi və moruq bağları, habelə 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları istisna olmaqla) görə isə 230 manatdan 240 manata qədər artırılıb.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, Ağdam, Ağsu, Cəlilabad, Cəbrayıl, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Tovuz, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan üzüm bağalarının hər hektarına görə 8000 manat məbləğində əkin subsidiyası veriləcək.
2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınan intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə 5000 manat məbləğində əkin subsidiyası ödəniləcək.
2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan hər hektar intensiv limon bağlarına görə 11600 manat, intensiv naringi və portağal bağlarına görə 9600 manat, intensiv nar bağlarına görə 3000 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş, 1 hektara minimum 20 000 ədəd sertifikatlı tingin əkildiyi çay plantasiyalarının hər hektarına görə 12 000 manat məbləğində əkin subsidiyası veriləcək.
Ağdaş, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Yevlax, Sabirabad, Saatlı və Zərdab rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və hər hektarından ən azı 2 nöqtədə (nümunə koordinatların qeyd edilməklə) 3 qatdan (0-30 sm, 30-60 sm, 60-90 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilən və cəmi sahəsi ən azı 3 hektar olan intensiv şaftalı, nektarin və ərik bağlarının hər hektarına görə 4000 manat məbləğində əkin subsidiyası ödəniləcək.
Qeyd edilən bağlara görə əkin subsidiyasının alınması üçün bu bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan:
intensiv kinkan bağlarının hər hektarına görə 11600 manat;
şabalıd bağlarının hər hektarına görə 800 manat;
damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9600 manat;
damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 4700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3200 manat məbləğində əkin subsidiyası ödəniləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü ildə damcı suvarma sistemi ilə təmin olunmuş həm ənənəvi, həm də yaşı 4 ildən çox olan intensiv bağlara görə əkin subsidiyası 250 manatdan 300 manata qədər artırılmışdır.
Aqrar Subsidiya Şurasının qərarına görə, çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.
Fındıq üzrə əkin əmsalı Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, İsmayıllı, Zaqatala, Zəngilan, Xaçmaz, Xocavənd, Qax, Qəbələ, Quba, Qubadlı, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki, Şəmkir və Yardımlı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Limon, kinkan, naringi, portağal və kivi üzrə əkin əmsalları Astara, Lənkəran və Masallı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli 1754 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq 2024-cü il üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məbləğində məhsul subsidiyası müəyyən edilib.
Pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə 2024-cü ildə yalnız məhsul subsidiyası veriləcəkdir. Bu ildə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 190 manat, Virciniya sortu üzrə yaş tütünün hər tonuna görə 34 manat, digərləri üzrə quru tütünün hər tonuna görə 200 manat və yaş tütünün hər tonuna görə 20 manat, şəkər çuğundurunun hər tonuna görə 18 manat məhsul subsidiyası alacaqlar.
Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilib.
Aqrar Subsidiya Şurası, 2024-cü il üzrə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum və tinglər üzrə kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib. 2024-cü ildən alma, armud, gilas, nar, fındıq, üzüm, çay tingləri ilə yanaşı, badam, püstə, şaftalı, nektarin, ərik, xurma (xirnik), zeytun tinglərinin istehsalı və satışına görə də toxum subsidiyası veriləcək.
Qeyd edilənlərlə yanaşı, Aqrar Subsidiya Şurası, 2023-cü ilin məhsuluna görə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna məhsul subsidiyasının 180 manatdan 190 manata, Virciniya sortu üzrə yaş tütünün hər tonuna isə 30 manatdan 34 manata qədər artırılması ilə bağlı qərar qəbul edib.
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəliFərmanının 5-ci hissəsinə müvafiq olaraq 2023-cü ildə məhsulun təhvil verilmə dövründə hər ay üzrə təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının məbləğini 100 manatla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli 512s nömrəli Sərəncamı ilə müəyyən edilmiş ərzaqlıq buğdanın dövlət tədarük qiyməti (450 manat/ton) ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər ay üçün elan edilən Azərbaycan Respublikasına idxal edilən ərzaqlıq buğdanın qiymətinin orta idxal statistik göstəricisi arasındakı fərqin (orta idxal statistik göstərici dövlət tədarük qiymətindən aşağı olduqda) cəmi kimi müəyyən edib.
Fermerlər qərarın tam mətni ilə akia.gov.az ünvanlı internet saytında tanış ola bilərlər.