Goranboyda 22 yaşlı oğlan əkin sahəsində qəfil öldü
- 18-02-2023, 13:00
- Hadisə
Goranboyda bədbəxt hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Veysli kəndində əkin sahəsində qeydə alınıb.
Kənd sakini 2001-ci il təvəllüdlü Mustafayev Şahin Neymət oğlu əkin sahəsində suvarma işləri aparan zaman qəfil halı pisləşib.
Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, 22 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
Ölümün səbəbləri araşdırılır.