MHŞ: "33 hakimliyə namizəd yeni qaydalarla birbaşa yekun müsahibəyə buraxılıb"
- 6-09-2023, 08:48
- Cəmiyyət
"33 nəfər hakimliyə namizəd yeni qaydalarla birbaşa yekun müsahibəyə buraxılıb".
Bu barədə "Report"a Məhkəmə Hüquq Şurasından (MHŞ) məlumat verilib.
Bildirilib ki, hakimliyə namizədlərin imtahan mərhələlərinin sayı 6-dan 4-ə endirilib. İlkin tədris kursunu başa vurmuş 33 nəfər hakimliyə namizəd yeni qaydalara əsasən birbaşa yekun müsahibəyə buraxılıb. 2023-cü il 11 sentyabr tarixdən başlayaraq yekun müsahibə mərhələli qaydada keçiriləcək.
Qeyd edilib ki, yekun müsahibədə namizədlərin tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onun hüquq sahəsində nəzəri və praktiki biliklərinin tətbiqi bacarığı, ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi yoxlanılacaq.
"Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları"na edilmiş müvafiq dəyişikliklərin tam mətni ilə https://e-qanun.az/framework/17144 keçidi vasitəsilə tanış olmaq mümkündür.