azadses.az » Cəmiyyət » Ali Məhkəmə deputat Etibar Əliyevin ittihamlarına cavab verib

Ali Məhkəmə deputat Etibar Əliyevin ittihamlarına cavab verib

Ali Məhkəmə deputat Etibar Əliyevin ittihamlarına cavab verib

Ali Məhkəmə Milli Məclisinin deputatı Etibar Əliyevin parlamentin 23 dekabr tarixində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Oxu.Az Ali Məhkəməyə istinadən xəbər verir ki, Etibar Əliyev məlum çıxışından bir müddət əvvəl, yəni 2022-ci ilin 22 aprel tarixində Ali Məhkəmənin hakimi Abiddin Hüseynovun mobil telefon nömrəsinə dəfələrlə zəng etdikdən və buna cavab verilməməsindən sonra, “WhatsApp” vasitəsilə göndərdiyi mesajla özünü təqdim edib, telefon əlaqəsi yaratmasını xahiş edib.

“Sonradan baş tutmuş telefon danışığında deputat Etibar Əliyev hakimin icraatında olan bir mülki iş üzrə iddiaçıya köməklik göstərilməsini xahiş edib və hakim tərəfindən buna cavab olaraq iş üzrə qanuni və əsaslı qərarın qəbul ediləcəyi bildirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (məruzəçi hakim Hüseynov Abiddin Qabil oğlu) 2022-ci il 13 iyun tarixli qərarı ilə, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməklə, deputat Etibar Əliyevin köməklik göstərilməsini xahiş etdiyi tərəfin iddiası əsassız olduğundan rədd edilib.

Qəbul edilmiş qərardan narazı qalan deputat Etibar Əliyev ilk fürsətdə ona deputat kimi təqdim edilmiş Milli Məclisin tribunasından öz şəxsi məqsədləri üçün istifadə edərək, Ali Məhkəmənin hakimi Abiddin Hüseynov barəsində qarayaxma kampaniyasına başlayıb”, - Ali Məhkəmənin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Ali Məhkəmənin digər hakimləri kimi Mülki kollegiyanın hakimi Abiddin Hüseynov da yüksək ixtisasa və zəruri peşəkarlığa malikdir.

Ali Məhkəmədən onu da bildiriblər ki, o, Azərbaycan Respublikasının Ədliyyə Akademiyasında hakimliyə namizədlərin və hakimlərin tədrisi qrupunun üzvüdür, habelə 2020-ci ildən ADA Universitetinin Hüquq fakültəsində Mülki proses fənnini tədris edir:

“Xüsusi olaraq bir daha vurğulanmalıdır ki, hakimlərin fəaliyyətinə kənar müdaxilə qanunla qadağan edilib və Azərbaycan Respublikasının Ali Məhkəməsi məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması istiqamətində öz səylərini davam etdirəcək.

Vəzifə borcunu vicdanla yerinə yetirən hakimə qarşı ədalətsiz və qərəzli hücumlar qətiyyətlə pislənir və media nümayəndələrinə dərc olunan məlumatları tam, hərtərəfli və obyektiv araşdırmaq, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş, məhkəmə hakimiyyətinin nüfuzuna və cəmiyyətdə məhkəmələrə etimada zərbə vuran bu məlumatları yaymamaq tövsiyə olunur.

Milli Məclisin deputatı Etibar Əliyevin qərəzli ittihamları və hərəkətləri ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumuna müraciət ediləcək”.

Eyni zamanda, Ali Məhkəmə hakim Abiddin Hüseynovun diplomunun saxta olması ilə bağlı deputatın iddialarına cavab olaraq onların surətini də yayımlayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?