Dövlət qurumlarında 69 vakant vəzifə daxili müsahibəyə çıxarılıb
Martın 27-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Elan üzrə 10 dövlət orqanında mövcud olan 69 vakant vəzifə daxili müsahibəyə çıxarılıb
Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 104 namizədlə 105 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə müraciəti vəziyyəti Maliyyə Nazirliyi, Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsi, Əhalinin sosial müdafiəsi və sosial təminat sahələrinin maliyyəsi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 17 namizəd) və Dövlət Turizm Agentliyi, dövlət orqanı rəhbərinin köməkçisi (1 vakant yer üzrə 12 namizəd) üzrə yaranıb.
Müsahibələrin 2023-cü il aprelin 20-dən – mayın 19-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.