AQTA: “Qida məhsullarının çatdırılması ilə məşğul olan sahibkarların işlərini qanunvericiliyə uyğun qurması vacibdir”
- 29-08-2023, 11:09
- Cəmiyyət
Qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarların işlərini qanunvericiliyə uyğun olaraq, mövcud tələblər çərçivəsində qurması vacibdir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayeva qurumda qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarlarla keçirilən görüşdə bildirib.
Z.Mustafayeva bildirib ki, son illər ölkəmizdə qida məhsullarının daşınması və çatdırılması xidmətləri sürətlə inkişaf edir və bu fəaliyyət getdikcə daha da genişlənir.
Qeyd edilib ki, bu sahə ilə bağlı müvafiq məsələlər 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda da öz əksini tapıb. Belə ki, bu qanun qida zəncirinin bütün mərhələləri üzrə müvafiq tələbləri müəyyən edir və həyata keçirilməli olan işləri tənzimləyir. Həmçinin qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində həyata keçirilir.
Sədr müavini çıxışı zamanı qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarların işlərini qanunvericiliyə uyğun olaraq, mövcud tələblər çərçivəsində qurmasının vacibliyini də önə çəkib.