Ayxan Hacızadə: "Fransa sülh və sabitliyə xidmət etməyən təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır"
- 6-05-2023, 16:47
- Cəmiyyət
"Fransa sülh və sabitliyə xidmət etməyən təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın “France Inter” ictimai radiokanalına müsahibəsi zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab olaraq deyib.
Onun sözlərinə görə, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir.