Azərbaycan XİN-dən İslandiyaya CAVAB
Azərbaycanın Xarici İşlər Nazirliyi İslandiya Nazirlər Komitəsinə cavab verib.
Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə özünün “Twitter” hesabında yazıb:
“Paradoksal olan budur ki, İslandiya Nazirlər Komitəsinin sədri yüz minlərlə azərbaycanlının məcburi köçkün olmasını, Ermənistan tərəfindən törədilən qəddarlıqları və müharibə cinayətlərini rədd edir. Laçın yolunda qanunsuz istismar və sui-istifadə hallarının qarşısının alınması tələbi ilə keçirilən dinc aksiyalar qanunidir”, - deyə o əlavə edib.
Qeyd edək ki, İslandiya Nazirlər Komitəsi Qarabağın blokadada olduğunu bildirib.