Əfv Komissiyasının iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb
- 14-03-2023, 19:16
- Cəmiyyət
![Əfv Komissiyasının iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb](/uploads/posts/2023-03/51sv7fod0y7eshgjzwbqwqgzzwqlpo58cfifhf7j.jpg)
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.
“Report”un əldə etdiyi məlumata görə, komissiyanın indiyədək keçirilən iclaslarında, əsasən, ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə baxılıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İndiyədək iclaslarda 1 200-dən çox müraciətə baxılıb.