Bu gün əfv sərəncamı imzalanacaq
![](/uploads/posts/2022-05/medium/1653633080_hebsxana.jpg)
Oxu.Az xəbər verir ki, bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirdiyi iclaslar başa çatıb.
Ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb. Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunub.
Dövlət başçısı 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacaq.