Главная > Cəmiyyət > Əfv Komissiyasının iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb

Əfv Komissiyasının iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb


14-03-2023, 19:16. Разместил: admin
Əfv Komissiyasının iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, komissiyanın indiyədək keçirilən iclaslarında, əsasən, ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə baxılıb.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İndiyədək iclaslarda 1 200-dən çox müraciətə baxılıb.
Вернуться назад