Xocalı sakini: “Elə bir dəhşət idi ki, heç kim ölən yaxınını belə tanımırdı” - VİDEO
“Biz bilirdik ki, ermənilər axır-əvvəl burada bir soyqırım törədəcəklər. Çünki 1905, 1917-18-ci illərdə Xocalı şəhəri 2 dəfə yandırılmışdı. 1992-cu il məlum Xocalı faciəsi... Fevralın 25-dən 26-na keçən gecə Xocalını yerlə yeksan etdilər”.
Bu sözləri Baku TV-yə Xocalı sakini Ayna Allahyarqızı deyib.
“Elə bir dəhşət idi ki, heç kim ölən yaxınını belə tanımırdı. Mənim babam həmin gecə şəhid, qohum-əqrəbalarım isə əsir düşdü. Cəsədlərimiz tanınmaz vəziyyətdə idi. Həmin gecəni sözlə ifadə etmək çox ağırdır”, - deyə soyqırımı şahidi söyləyib.
Ətraflı Baku TV-nin süjetində: