Главная > Cəmiyyət > Dubay-Maxaçkala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib

Dubay-Maxaçkala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib


12-02-2023, 11:35. Разместил: admin
Dubay-Maxaçkala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib

"flyDubai" aviaşirkətinə məxsus Dubay-Maxaçkala reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Bu barədə Oxu.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

"Boeing 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Hava gəmisinin sərnişinləri və heyəti hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.
Вернуться назад