Heydər Əliyev Beynəlxalq Aeroportu “Qazaq Air” aviaşirkətinin ilk reysini qəbul edib
- 7-07-2022, 18:49
- Cəmiyyət
Bu gün Qazaxıstanın “Qazaq Air” aviaşirkətinin ilk təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu həftədən etibarən Qazaxıstanın aviadaşıyıcısı yeni Aktobe-Bakı-Aktobe və Nur-Sultan-Bakı-Nur-Sultan (Aktobe üzərindən tranzit) marşrutu üzrə müntəzəm reyslər yerinə yetirəcək.
Bu istiqamətdə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Bu marşrut üzrə uçuşlar 86-dək sərnişin oturacağı ilə təchiz edilmiş Kanada istehsalı olan “De-Havilland Dash 8-Q400” hava gəmisində həyata keçirilir.
Bu istiqamət üzrə aviabiletləri aviadaşıyıcının rəsmi internet saytında www.flyqazaq.com, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.
Səyahət etməzdən öncə bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı hər iki ölkədə mövcud giriş qaydalarına dair ən son məlumatları yoxlamaq tövsiyə olunur.