Qarabağdakı mehmanxanalara nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 30%-ə qaldırıldı
Gələn ildən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən mehmanxanalara nağdsız qaydada ödənilən ƏDV-nin 30%-nin geri qaytarılacaq.
Bu, Prezident İlham Əliyev təsdiq etdiyi, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Qarabağdakı mehmanxanalara nağd qaydada ödənilən ƏDV-nin isə 5%-i geri qaytarılacaq.