Diqqət: Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq
- 11-09-2020, 12:53
- Cəmiyyət
Məcburi dövlət sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarını ödəməyənlərin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.
Redaktor.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilən Mülki Prosessual Məcəllə və Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qüvvədə olan Mülki Prosessual Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.
Dəyişikliyə əsasən, bu maddə yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Miqrasiya Məcəlləsinə də müvafiq dəyişiklik edilir. Qüvvədə olan Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Dəyişikliyə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta , icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tərtib edilmiş maliyyə sanksiyalarının ödənilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırıla bilər