Bakıda 30 məktəbin direktoru işdən çıxarılıb
- 26-12-2022, 17:16
- Cəmiyyət
2022-ci təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 30 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.
Bu barədə Oxu.Az-a idarədən bildirilib.
Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 13 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib. 172 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.
Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.