Mehriban Vəliyeva ilin yekunlarını AÇIQLADI: Bu il 12-ci sinfi neçə nəfər bitirir?
“Yola saldığımız tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsildə keyfiyyətin davamlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün imkanlar səfərbər edildi”.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva bildirib:
O qeyd edib ki, qurumun tabeliyində 312 ümumi təhsil məktəbi, üç xüsusi ümumi orta məktəb və beş əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və beş Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir:
“2021/2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 470 min 517 şagirdin təlim-tərbiyəsi ilə 29 min 115 müəllim məşğul olub. Paytaxtın ümumi təhsil müəssisələrinin I siniflərini 46 min 470, IX siniflərini 35 min 100, XI siniflərini 23 min 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirib.
Paytaxt üzrə 275 ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib ki, bu qruplara 25 min 484 uşaq cəlb olunub.
Uzun müddətdir ki, ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilir. Bu, şəffaflığın təmin olunması ilə yanaşı, məktəbləri və valideynləri elektron xidmətlərin fəal iştirakçısına çevirir. 2021/2022-ci tədris ilində 45 min 141 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb”, - deyə o əlavə edib.
M.Vəliyeva qeyd edib ki, il ərzində görülən işlər, həyata keçirilən çoxsaylı layihələr təhsilin keyfiyyətinin artırılması işinə xidmət edib:
“Çünki təhsil daim inkişafda olan, dəyişən, yeniləşən bir sahədir. Odur ki, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərimizə yeni tədris ilində də birgə fəaliyyətimizlə davam edəcəyik.
Bu birgə fəaliyyətdə məktəb, müəllim, şagird, valideyn, bilavasitə və dolayısı ilə bütün ictimaiyyətin öz payı, töhfəsi olacaq. Çünki təhsil cəmiyyətin bütün təbəqələrini düşündürən bir sahədir. Elə bir ev, ailə yoxdur ki, bu və ya başqa şəkildə təhsillə, məktəblə əlaqəsi olmasın.
Deməli, məktəbin fəaliyyəti cəmiyyətin gözü qarşısındadır, uğurlar da, çatışmazlıqlar da insanlardan gizli deyil. Təhsilin, məktəbin uğuru bir fərdin deyil, ümumilikdə sağlam, savadlı gələcəyə hesablanmış uğur olaraq qiymətləndirildiyi kimi mövcud çatışmazlıqların həllində də cəmiyyət öz köməyini əsirgəməməlidir”.