Nazir təhsildəki korrupsiya faktlarını açdı
- 27-01-2020, 13:55
- Cəmiyyət
6 rəhbər, 10 direktor, müavin işdən qovulub
"Ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib. Həmin dövrdə 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib". Bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, 2019-cu ildə 10 məktəb rəhbəri, direktor və direktor müavinlərinin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb.
Müqavilələrinin müddəti son çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib.