Dövlət Gömrük Komitəsində Kollegiya iclası keçirildi - Fotolar
- 26-01-2022, 17:38
- Siyasət
Yanvarın 26-da Dövlət Gömrük Komitəsinin (DGK) 2021-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib.
Qurumun Mətbuat xidmətindən “Azadsəs.az”a verilən məlumata görə, videokonfrans formatında keçirilən mərasimdə çıxış edən DGK sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev bildirib ki, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mükəmməl milli inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Son illər ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarının da bir sıra yeniliklər tətbiq etdiyini diqqətə çatdıran Səfər Mehdiyev qeyd edib ki, fiskal, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarəti, ticarətin asanlaşdırılması və şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə olunub.
Komitə sədri vurğulayıb ki, gömrük sistemində aparılan struktur və kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə, kadrların peşə hazırlığının artırılmasına, bir sözlə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaradıb.
Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
Bundan başqa, iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2022-ci il üçün İş Planı” təsdiq edilib.