Nazir tanınmış polis rəisini təqaüdə göndərdi
Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Rəhim Novruzov vəzifəsindən azad edilib.
“Azadsəs.az”ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə R.Novruzov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, R.Novruzov uzun illər daxili işlər orqanlarında xidmət edib. O, xeyli müddət Laçın və Cəlilabad rayonlarının polis rəisi vəzifəsini tutub.