azadses.az » Cəmiyyət » Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədri Akka Moha Ponhea Çakri Henq Samrin ilə görüşüb.

Kamboca Milli Assambleyasının sədri Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayaraq, deyib ki, bu səfər Azərbaycan və Kamboca arasında dostluq münasibətlərinin göstəricisidir. O, Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi statusunda üzv olması münasibətilə təbriklərini çatdırıb və Kamboca parlamentinin bu məsələdə dəstəyini bir daha ifadə edib.

Ölkələrimiz arasında diplomatik əlaqələrin 28 il əvvəl yaradıldığını söyləyən Milli Assambleyanın sədri ölkə başçılarının səyləri ilə münasibətlərimizin yeni mərhələyə yüksəldiyini qeyd edib. O, bu səfərin Azərbaycan və Kamboca arasında əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyinə inamını diqqətə çatdırıb.

O, parlamentlərimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu bildirib və inamını ifadə edib ki, deputatlarımız müxtəlif səviyyələrdə daha sıx əməkdaşlıq edəcəklər.

Milli Assambleyanın sədri ölkəsinin Qoşulmama Hərəkatında və onun Parlament Şəbəkəsində fəaliyyətə önəm verdiyini bildirib. O, kambocalı deputatların Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilən ilk konfransında iştirakını xatırladaraq, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Məclisin sədrinə təbriklərini çatdırıb.

Görüşdə Henq Samrin, həmçinin, ölkəsində həyata keçirilən siyasət, əldə olunan nəticələr və Milli Assambleyanın fəaliyyəti barədə məlumat verib.

Milli Məclisin sədri Sahibə Qafarova səfərə və Baş Assambleyada iştiraka dəvətə görə təşəkkürünü bildirərək, əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib.

Spiker Sahibə Qafarova Azərbaycanın BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyi haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü irəli sürüb və 2021-ci ildə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub, onun ilk konfransı bu ilin iyun ayında Bakıda keçirilib. Milli Məclisin sədri Bakı konfransında Kamboca nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr, Parlament Şəbəkəsinin Manamada keçirilməsi nəzərdə tutulan ikinci konfransına hazırlıq məqsədilə görülən təşkilati işlər haqqında geniş məlumat verib.

Sahibə Qafarova ölkələrimiz arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolundan söz açıb, parlamentlərdə qarşılıqlı dostluq qruplarının fəaliyyətinin bu istiqamətdə verə biləcəyi töhfələrə toxunub. Spiker bu yaxınlarda Milli Məclisin Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını diqqətə çatdıraraq, qrupun yaradılmasını parlamentlərarası əməkdaşlığın inkişafında mühüm addım adlandırıb. Milli Məclisin sədri deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini qeyd edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsinin önəmindən danışıb.

Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və regionda davamlı sülhün yaradılması istiqamətində göstərdiyi səylər haqqında məlumat verib. O, hazırda Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinin aradan qaldırılması, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün atdığı əməli addımlardan bəhs edib. Sahibə Qafarova nəzərə çatdırıb ki, artıq Azərbaycanda Böyük Qayıdışa start verilib və keçmiş məcburi köçkün ailələri öz evlərinə qayıtmağa başlayıblar. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina aparılan bərpa və quruculuq işlərinə maneə törədir. O, bildirib ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində 270-dək azərbaycanlı həlak olub və ya ağır yaralanıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan xalqı sülh arzulayır və ölkəmiz işğalın qurbanı olsa da, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylərini davam etdirir.

Görüşün sonunda Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumunun imzalanması mərasimi olub. Qeyd olunub ki, bu sənəd parlament diplomatiyamızın genişlənməsinə və ikitərəfli əlaqələrimizin güclənməsinə xidmət edəcək.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. FHN: Novxanıdakı partlayışda bir nəfər dağıntılar altından xilas edilib
  2. DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb
  3. Sumqayıtda beşmərtəbəli binada yanğın olub, zərərçəkən var
  4. Sabunçuda yol qəzası olub, yaralanan var
  5. Pirşağıda avtomobillər toqquşub, yaralanan var
  6. Qaradağ rayonunda 28 yaşlı gənci avtomobil vurub
  7. Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət alıb
  8. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  9. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  10. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?