Çingiz Qənizadə: “Prezident bəzi məmurlara öz yerlərini göstərdi”
- 3-02-2021, 08:09
- Siyasət
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizlə bağlı qarşıda duran vəzifə təbii ki, həmin ərazilərdə bərpa, quruculuq işlərinin həyata keçirilməsidir. Artıq bu işlərə başlanılıb. Azad edilmiş ərazilərdə görülən bütün bərpa işləri dövlətimizin başçısının nəzarətindədir. Ötən gün Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində də bir daha bunun şahidi olduq.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Çingiz Qənizadə deyib ki, işğaldan azad olunmuş ərazilərdə bütün məsələlər düşünülmüş, planlı şəkildə, ardıcıllıqla, ən yüksək müasir standartlar nəzərə alınmaqla həyata keçirilir. Azad edilmiş torpaqların bərpası ilə bağlı Prezident tərəfindən bir çox önəmli qərarlar qəbul edilib. Dövlətimizin başçısının Sərəncamı ilə həmin ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi üçün Əlaqələndirmə Qərargahı yaradılıb və qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir.
Prezident İlham Əliyev müsahibəsində işğaldan azad olunmuş ərazilərə qayıdışdan əvvəl görüləcək işlərin ardıcıllığını da göstərdi. Qeyd etdi ki, birinci iş minalardan təmizləmə işidir. Bu, böyük bir prosesdir, ona görə də müəyyən vaxt aparacaq. Mina təmizləməklə bağlı işlər başa çatandan sonrakı iş işğal nəticəsində dəymiş ziyanın qiymətləndirilməsidir. Əgər biz ziyanın qiymətləndirilməsini etməsək, sabah təzminat davasında da uğur qazana bilmərik. Ona görə də, ilk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır. Sonra isə infrastruktur layihələri icra edilməlidir. Qurumlar bu istiqamətdə işləyirlər, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında bütün şəhərlərin baş planları hazırlanır. Həmçinin sosial obyektlər tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları da inşa olunmalıdır.
Prezident İlham Əliyev bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarətin olmasının zəruriliyini qeyd etdi, işğaldan azad edilmiş ərazilərdə razılaşdırılmadan nümayəndəliklərin açılacağı barədə verilən bəyanatların özbaşınalıq olduğunu vurğuladı və bildirdi ki, bu, yolverilməzdir. Bütün təkliflər, bütün təşəbbüslər Əlaqələndirmə Qərargahına göndərilməlidir. O torpaqları, əraziləri kim necə istəyir elə də bərpa edə bilmərik: “Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır”. Dövlətimizin başçısı azad edilmiş ərazilərdə, xüsusilə Şuşa şəhərində filial, nümayəndəlik açmaq istəyən bəzi məmurlara da öz yerlərini göstərdi. “Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar”, - deyən Azərbaycan Prezidenti Şuşanı məmurlar paytaxtı deyil, mədəniyyət paytaxtı elan etdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı vurğuladı ki, Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar.
Çingiz Qənizadə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidenti tərəfindən yaradılmış xüsusi idarəetmə strukturunun önəmini qeyd edib. O, bir neçə gün əvvəl Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə həmin ərazilərdə xüsusi nümayəndəliklərin təsis edilməsinə dair Fərman imzaladığını xatırladıb. Hüquq müdafiəçisi vurğulayıb ki, bu, bütün neqativ halların qarşısının alınması, səmərəli və operativ idarəetmənin həyata keçirilməsi məsələsində üstünlüklərə malik olan nümunəvi modeldir. İlk xüsusi nümayəndə Şuşa rayonunda təyin edildi. Onu da vurğulayım ki, Şuşada Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi həm də ölkəmizdə yeni idarəetmə institutunun yaradılması deməkdir.
Çingiz Qənizadə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilən bərpa strategiyasının işğaldan azad edilmiş ərazilərimizin regionun ən inkişaf etmiş zonasına çevriləcəyinə tam əminlik yaratdığını vurğulayıb.