azadses.az » Cəmiyyət » Deputat: “Fransa Ermənistana qoşun yerləşdirmək istəyirdi, İlham Əliyev qarşısını aldı”

Deputat: “Fransa Ermənistana qoşun yerləşdirmək istəyirdi, İlham Əliyev qarşısını aldı”

“Vətən müharibəsi təkcə hərb meydanında deyil, həm də dövlətlərin siyasi simasını açdığına görə böyük Qələbədir. Fransa Senatının dünənki qərarı da 2020-ci ilin noyabrın 25-də Qarabağı tanımağa çağıranların 44 günlük müharibədəki məğlubiyyətidir. Qətnamənin preambulasında BMT Nizamnaməsinə istinad olunur. Baxın, dünya təhlükəsizliyinə cavabdehlik daşıyanlar millətləri necə birləşdirir?”

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Senatın qərarında ikinci bənd Türkiyədən qorxunu nümayiş etdirir.

“Yunanıstanda olduğu kimi Ermənistanla sərhədlərə qoşun yığıb, Gümrüdən Rusiya hərbi qüvvələrini çıxarıb Qafqazı tutmaq istəyirlər. Xalqımız bilməlidir ki, dünən Fransa Senatında qərar çıxaranlar İstanbulun mərkəzində qanlı terrorun sifarişçiləri ilə eyni qüvvələrdir”, - deyə Zahid Oruc əlavə edib.

Fransa Senatı Xankəndi ermənilərinin təmsilçisi adı ilə Ovanes Kevorkyanı da dəvət edib. Deputat bildirib ki, bu, Qərbin siyasi riyakarlığıdır. “Sabah ölkəmizi insan hüquqları və demokratiya pozuntusunda qınayanları bir daha tanıyın. Ölkəmizə qarşı sanksiyalara çağıranlar avropalıları soyuqdan dondurmağa razıdırlar. Yelisey sarayı ilə Strasburqun parlament binası arasında məsafə cəmi 460 km-dir. Lakin dünyaya demokratiya dərsi verənlər 296-dan 295 səslə - az qala 100 faizlə qanlı totalitar diktatura olduqlarını sübut etdilər. Avropa dövlətlərində vəzifələrə yerləşən erməni şəbəkəsinə əsaslanıb deyə bilərik ki, Ermənistan kiçik, Fransa Böyük Ermənistandır.

İkinci dünya müharibəsindən sonra ataları Almaniyaya “təslimçilik aktını - sülh müqaviləsini imzalama, biz səni qoruyacağıq” deyənlərin övladları bizi təhdid edirlər. Faşizmi dirçəldən Yelisey sarayıdır”, - deyə Zahid Oruc bildirib.

Zahid Oruc xatırladıb ki, iki ay əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekorno ölkəsinin Ermənistana qoşun yeritmək niyyətində olduğunu bildirmişdi.

“Amma Prezident İlham Əliyev onun qarşısını aldı. Çıxış yolu səfirliyə hücum etmək, yumurta və pomidor atəşinə əl atmaq deyil. Ərzağa heyifdir. “Total” şirkətini Abşeron yatağından qovmaq da ölkəmizin iqtisadi izolyasiyasını istəyənlərin xeyrinədir, əksinə kompaniyanın resurslarını Avropaya və Fransa elitasına qarşı yönəltmək gərəkdir. Cavab reaksiyamız Bolqarıstandan Ağdama, Praqadan Səmərqəndə qədər Qələbəmizi möhkəmləndirən Prezidentlə bir olmaqdır.

Eləcə də şərq və Azərbaycan qadınının etirazını ləyaqətlə ifadə edən Mehriban Əliyevanın qərarına onlarla dövləti qoşmaqdır. Biz ermənilərə deməliyik: siz türklərə və azərbaycanlılara xidmət edəndə xilas olursunuz. Biz Fransa parlamentinə Şuşada yeni bəyannamələrlə cavab verməliyik. Çünki bizim müttəfiqlərimiz daha çoxdur!” - deyə komitə sədri fikrini yekunlaşdırıb.

Xatırladaq ki, noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?